Niderland kralı silahlanmaya çağırdı

Dünya

25.04.2025 10:25

4

“Niderland öz təhlükəsizliyini qorumaq üçün yeni hərbi çağırışlara hazır olmalı və silahlanmalıdır". 

TodayPress xəbər verir ki, bunu kral Villem-Aleksandr Limburq əyalətində ukraynalı hərbçilərlə görüşü zamanı bildirib.

“Bəlkə də biz azadlıq və sülhü çox uzun müddət təbii hal kimi qəbul etdik. Amma Ukraynadakı müharibə və digər münaqişələr göstərdi ki, bu artıq keçmişdə qalıb. Hazır olmalıyıq. Əks halda vəziyyət pis olacaq” deyə kralın o bildirib.    

Villem-Aleksandr qeyd edib ki, Niderland təkcə müdafiəsini gücləndirməklə kifayətlənməməli, həm də ciddi şəkildə yenidən silahlanma ilə məşğul olmalıdır.

Onun fikrincə, ölkənin müdafiə sənayesi real hərbi qarşıdurma şəraitində lazım olan texnika və silahları istehsal etmək gücündə olmalıdır.

Qiymət Mahir

tag: Niderland,Kral,Villem-Aleksandr, Limburq,todaypress.az,