Niderland ilk dəfə öz tank batalyonunu yaradacaq

Dünya

05.09.2024 17:29

908

Niderland son 13 ildə ilk dəfə öz tank batalyonunu yaradacaq. 

TodayPress xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans bildirib.

“Bu gün Silahlı Qüvvələrimiz üçün tarixi bir gündür. 13 ildə ilk dəfə olaraq Niderland ordusunun özünün tamhüquqlu tank batalyonu olacaq” deyə o bildirib.

Müdafiə naziri tank batalyonunun döyüş meydanındakı kritik əhəmiyyətini vurğulayıb və quruda ən təsirli silah sistemi olaraq qaldığını diqqətə çatdırıb. 

Günəş Mərd

tag: Niderland, Ruben Brekelmans, Batalyon, Tank, Müdafiə Naziri, todaypress.az,