Niaqara şəlaləsi donur
Dünya
31.01.2025 13:53
Ontario, Kanada və Nyu-York arasındakı sərhəddə yerləşən Niaqara şəlaləsi ətrafında son saatlarda qalın buz və qar təbəqələri əmələ gəlib.
TodayPress xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Mütəxəssislər bildirir ki, su tam donmayıb, buz təbəqəsinin altında hərəkət etməyə davam edir.
Kanada və ABŞ-də Arktikadan gələn hava kütləsi nəticəsində kəskin soyuqlar hökm sürür.
Yaxın bir neçə gün ərzində Şimali Amerikanın bəzi bölgələrində havanın daha isti olacağı gözlənsə də, Niaqara şəlaləsi ətrafında tempratur nisbətən aşağı qalmaqda davam edəcək.
Töhfə Səməd
tag: Niaqara,Kanada,ABŞ,Sərhəd,Şəlalə,Buz,Todaypress.az,