New York Times: "ABŞ-nin zəifləmiş Qərb liderləri İtaliyada toplandı"

Dünya

13.06.2024 23:50

Zəifləmiş Qərb liderləri idarə olunmayan dünyanı müzakirə etmək üçün toplaşır”.

TodayPress xəbər verir ki, bu fikirlər “The New York Times”ın məqaləsində yer alıb.

“Daxili problemlərdən yorulan Qərb liderləri idarə olunmayan dünyanı müzakirə etmək üçün İtaliyaya toplaşdılar” deyə məqalədə qeyd olunub.

Mətn müəlliflərinin fikrincə, İtaliyanın baş naziri Giorgia Meloni istisna olmaqla xarici liderlər görüşə ya çətin vəziyyətdə, ya da döyüşə hazır vəziyyətdə gəliblər.

Müəlliflər həmçini vurğulayıblar ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkədə keçiriləcək seçkilərlə əlaqədar yüksək səslə bəyanatlar verməyəcək. Öz növbəsində, onun kanadalı həmkarı Castin Trüdo səkkiz illik hakimiyyətdə olduğu müddətdə öz xalqının məyusluğu ilə üzləşdi və Almaniya kansleri Olaf Şolz seçkidə məğlub oldu.

 Qeyd edək ki, G7-yə üzv ölkələrin nümayəndələri Dünya Bankını Qərb ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə Ukraynaya kredit ayırmaq sxeminə cəlb etmək istəyirlər. Bank qrupun ümumi məbləğində ABŞ payının bölüşdürülməsində "rol" oynamalı olacaq.

 GÜNEL

tag: Qərb, ABŞ, G7 ölkələri, Böyük Britaniya, todaypress.az,