Netanyahunun oğlunun evində bomba tapıldı
İsrailin baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin evində partlayıcı qurğuya bənzər əşya tapılıb.
TodayPress xəbər verir ki, bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.
Belə ki, avqustun 21-də ətraf qonşulara polis tərəfindən xəbərdarlıq edilib. Bildirilib ki, evdən çıxmasınlar və pencərələrə yaxın əyləşməsinlər. Bundan 3 saat sonra polis açıqlama verərək narahatlığa ehtiyac olmadığını deyib.
Qeyd edək ki, hadisə zamanı Netanyahunun oğlu mənzilində olmayıb.
Töhfə Səməd
tag: Polis, Oğru,Hadisə,Benyamin Netanyahu, İsrail, todaypress.az,