Netanyahunun ofisindən məlumat sızdı
Dünya
02.11.2024 09:13
İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə şübhəlini saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Əməliyyatı polis, ordu və İsrail Baş Təhlükəsizlik Xidməti həyata keçirib.
Şübhəlilər saxlanılaraq istintaqa aparılıb. Səlahiyyətlilər hesab edirlər ki, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.
“Axios” portalı İsrail rəsmilərinə istinadən bildirib ki, bir neçə şübhəli şəxsdən biri Netanyahunun köməkçisidir.
tag: Polis, Araşdırma, Ofis, Məxfi,Netanyahu, todaypress.az,