Netanyahunun ofisi: “İsrail yeni şərtlər irəli sürməyib”
Dünya
13.08.2024 18:23
İsrail iyulun sonunda Fələstinin HƏMAS hərəkatına yeni şərtlər irəli sürməsi iddialarını rədd edir.
TodayPress xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
"Baş nazir Netanyahunun 27 may təklifinə yeni şərtlər əlavə etməsi ilə bağlı ittiham yalandır" ofisin açıqlamasında belə deyilir.
İddia olunur ki, 27 may təklifinə 29 dəyişiklik tələb edən HƏMAS hərəkatı olub.
Qeyd edək ki, iyulun sonunda İsrail ABŞ, Misir və Qətər vasitəçilərinə münaqişənin həlli üçün yeni müddəaların siyahısını təhvil verib.
Günəş Mərd
tag: İsrail, Fələstin, HƏMAS, Netanyahu, Misir, Qətər, todaypress.az,