Netanyahunun ofisi həbsinə order verilməsinə münasibət bildirdi

Dünya

21.11.2024 18:04

“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarması məhkəməni müharibə tərəfinə çevirir”. 

TodayPress xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman öz “Telegram” kanalında yazıb.

“ICC İsraili müttəfiqlərindən təcrid etmək və ölkəmizə qarşı total dezinformasiya kampaniyasına dəstək vermək qərarına gəlib” deyə o qeyd edib. 

Qendelman, Tel-Əvivin təqdim etdiyi sübutlara məhəl qoymadığını və əslində İran rejiminin İsrailə qarşı başlatdığı regional müharibənin tərəfini tutduğunu vurğulayıb.  

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri  Yoav Qalantın həbsinə order verib. 

Günəş Mərd

tag: İsrail, Netanyahu, Həbs, Baş Nazir, Qalant, todaypress.az,