Netanyahunu ölümlə təhdid edən şəxs həbs olundu

Dünya

18.07.2024 18:00

İsraildə baş nazir Benyamin Netanyahunun ünvanına təhdidlər yaymaqda şübhəli bilinən şəxs həbs olunub.

TodayPress xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs 433 saylı xüsusi polis bölməsinin kibercinayətlərlə mübarizə şöbəsi tərəfindən saxlanılıb.

Şəxs "Telegram"da İsrailin baş nazir Benyamin Netanyahunun ünvanına ölüm təhdidləri yaymaqda şübhəli bilinir.

tag: Netenyahu, Benyamin, Polis, İsrail, Nazir, todaypress.az,