Netanyahu və Qallantın həbsinə order verildi

Dünya

21.11.2024 16:34

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər törətdikləri iddiası ilə həbsinə order verib.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

Qeyd edilib ki, sərəncamlar iddia edilən hərbi cinayətlərə aiddir.

Daha bir order isə HƏMAS-ın siyasi bürosunun lideri Məhəmməd Diab İbrahim əl Məsrinin həbsi üçün verilib.

Töhfə Səməd

tag: ICC, İsrail,Benyamin Netanyahu,Qəzza,HƏMAS, todaypress.az,