Netanyahu təcili olaraq İsrailə qayıtdı

Dünya

28.07.2024 15:27

İsrailin Baş naziri  Benyamin Netanyahu ABŞ-yə səfərindən sonra təcili olaraq ölkəyə qayıdıb və dərhal Müdafiə Nazirliyinin qərargahına gedib.   

TodayPress xəbər verir ki, bu barədə siyasətçinin ofisi məlumat yayıb.   

"Hökumət başçısı hazırda təhlükəsizlik vəziyyətini qiymətləndirmək və hərbi-siyasi kabinetin iclasında iştirak etmək üçün Kiriya kompleksinə gedir" Netanyahunun ofisinin nümayəndələri bildiriblər.  

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Qolan təpələri atəşə tutulub, Məcdəl Şəms şəhərində oyun meydançasında oynayan uşaqlar da daxil olmaqla 30-dan çox insan yaralanıb. Ölkənin Müdafiə Ordusu raketin “Hizbullah”  tərəfindən Livanın cənubundan buraxıldığını bildirib.

 Günəş Mərd 

tag: İsrail,Baş nazir,Qolan,Netenyahu, Benyamin, Nazir, todaypress.az,