Netanyahu Qəzzanın Misirlə sərhədinə nəzarət tələb edir
Dünya
05.09.2024 09:04
"İsrail Qəzzanın Misirlə sərhədində qeyri-müəyyən nəzarəti saxlamalıdır".
TodayPress "AP"yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, Filadelfiya dəhlizinə nəzarət Qəzzadakı atəşkəs danışıqlarında əsas mübahisəli məqamlardan biridir.
Qeyd edək ki, çoxmərhələli atəşkəs razılaşmasının bir hissəsi olaraq HƏMAS İsrailin Qəzzadan tamamilə çıxarılmasını tələb edib.
ABŞ və Qətərlə birlikdə danışıqlarda vasitəçi olan Misir də İsrail qüvvələrinin Filadelfiya dəhlizindən çıxarılması üçün konkret vaxt çərçivəsi istəyib.
Xarici jurnalistlərə danışan Netanyahu, İsrailin Qəzzaya qaçaqmalçılıq yolu ilə silah keçirərək HƏMAS-ın yenidən silahlanmasının qarşısını almaq üçün sərhəddə nəzarəti saxlamalı olduğu mövqeyini təkrarlayıb.
O qeyd edib ki, İsrail yalnız ona nəzarət edəcək alternativ qüvvələr olduqda dəhlizdən çəkilməyi nəzərdən keçirəcək.
Günəş Mərd
tag: Qəzza, HƏMAS ,İsrail, Qətər, ABŞ, Misir, todaypress.az,