Netanyahu Polşaya səfər etsə, həbs olunacaq

Dünya

22.12.2024 16:14

Polşa xarici işlər nazirinin müavini Vladislav Bartoşevski bildirib ki, İsrail hökumətinin başçısı Benyamin Netanyahu Polşadakı Osvensim-Birkenau əsir düşərgəsinin faşistlərdən azad edilməsinin 80-ci ildönümü üçün respublikaya gələrsə, həbs olunacaq.

TodayPress xəbər verir ki, bu barədə “Jerusalem Post” (JP) qəzeti yazıb. 

Materialda anım tədbirinin 27 yanvar 2025-ci il tarixində baş tutacağı qeyd olunub. 

Bildirilib ki, Polşa hökuməti İsrailin Baş nazirinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsi (ICC) qarşısında öz öhdəliklərini yerinə yetirməlidir. Bununla bağlı Netanyahu mərasimdə iştirak etməyəcək. 

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrail hökumətinin başçısı, eləcə də ölkənin müdafiə naziri Yoav Gallantın həbsinə order verib.

Günəş Mərd 

tag: Polşa,İsrail,Baş nazir ,Benyamin Netanyahu,Həbs,Todaypress.az,