Netanyahu oğlunun təhlükəsizliyini artırır

Dünya

28.08.2024 13:52

İsrailin Baş naziri Benyamin Netanyahu son günlər oğlunun İranın hədəfinə çevrilə biləcəyindən ehtiyat edərək ölkənin Baş Təhlükəsizlik Xidmətindən (ŞABAK) onun təhlükəsizliyinin artırılmasını istəyib. 

TodayPress xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzeti məlumat yayıb. 

Bildirilib ki, İsrailin Baş nazirinin oğlu Yair Netanyahu hazırda Mayamidə yaşayır və onun təhlükəsizliyi üçün ildə 680 min dollar xərclənir.  

Qəzet vurğulayıb ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrail cavab əməliyyatları gözləyir və hücumun vaxtını təyin etməyə çalışır. 

Qeyd olunub ki, ŞABAK əldə edilən məlumat və sübutlara əsasən təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı qərar verəcək. 

Günəş Mərd

tag: İsrail, HƏMAS, İsmayıl Haniyə, ŞABAK, Yair Netanyahu, todaypress.az,