Netanyahu məhkəmə qarşısına çıxacaq

Dünya

10.12.2024 09:50

İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 10-da üç korrupsiya işi üzrə müttəhim qismində məhkəmə qarşısına çıxacaq.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Baş nazirə qarşı dələduzluq və etimaddan sui-istifadə ilə bağlı iş açılıb.

Məhkəmədən bildirilib ki, o, rüşvət işi üzrə ittiham olunacaq. Belə ki, Netanyahu və ailə üzvləri amerikalı prodüser Arnon Milçan və avstraliyalı israilli iş adamı Ceyms Pakerdən dəyəri 195 min dollardan çox olan bahalı hədiyyələr qəbul edib. Digər bir tərəfdən Baş nazir “Yediot Ahronot” qəzetinin sahibi Arnon Moses ilə əlbir olaraq dələduzluqda və etibardan sui-istifadə etməkdə, həmçinin rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə üzrə məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, 2016-cı ilin dekabrında başlayan istintaqın məhkəməsi 2020-ci il mayın 24-də başlayıb.

Töhfə Səməd

tag: İsrail, Nazir, Dollar, İstintaq, todaypress.az,