Netanyahu Livanla atəşkəsin səbəblərini açıqladı
Dünya
27.11.2024 10:08
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranın mümkün təcavüzünün qarşısını almaq üçün “Hizbullah” ilə atəşkəs imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Hökumət başçısının qeyd etdiyi kimi, atəşkəs İsrailə diqqətini İran təhlükəsinə yönəltməyə, avadanlıq və sursat itkilərinin qarşısını almağa, həmçinin fələstinliləri Qəzzada HƏMAS-dan təcrid etməyə imkan verəcək.
Xatırladaq ki, Livan və İsrail arasında atəşkəs razılaşması noyabrın 27-də yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə 06:00) qüvvəyə minib.
Töhfə Səməd
tag: İsrail, Netanyahu, İran, HƏMAS, Bakı, todaypress.az,