Netanyahu komandasına HƏMAS-la bağlı tapşırıq verdi

Dünya

16.01.2025 14:18

1008

İsrailin Baş naziri Benyamin Netanyahu, Doha danışıqlarında iştirak edən komanda ilə keçirdiyi görüş zamanı Fələstinin HƏMAS hərəkatının razılaşmanı yenidən müzakirə etmək cəhdlərinin qarşısını son anda almağı tapşırıb. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” baş nazirin ofisinə istinadən məlumat yayıb.  

"Baş nazir danışıqlar qrupuna razılaşdırılmış məsələlərə əməl etməkdə israrlı olmağı və HƏMAS-ın şantaj cəhdlərini qətiyyətlə rədd etməyi tapşırıb” məlumatda bildirilib. 

Günəş Mərd

tag: HƏMAS ,İsrail ,Nazir ,Ofis, todaypress.az,