Netanyahu: "İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır"
Livanda “Hizbullah” hərəkatının
komandirlərindən birinin məhv edildiyi hücumdan sonra İsrail hər tərəfdən özünə
qarşı təhdidlər qeydə alır və istənilən təcavüzə sərt cavab verməyə hazırdır.
TodayPress xəbər
verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu həmvətənlərinə
televiziya ilə müraciətində bildirib.
"İsrail vətəndaşları,
bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan bəri müxtəlif tərəfdən təhdidlər
eşidirik. İstənilən ssenariyə hazırıq, həmrəy olacağıq və istənilən təhlükəyə qətiyyətlə
qarşı çıxacağıq. İsrail istənilən istiqamətdən, istənilən təcavüzün cavabını
verəcək” deyə o bildirib.
tag: Netanyahu, İsrail, Hizbullah, İsmayıl Haniyə, todaypress.az,