Netanyahu: "İsrail İranın müdafiə sisteminə dəqiq zərbə endirib"
Dünya
27.10.2024 14:58
İsrail İranın müdafiə sisteminə və raket istehsalı obyektlərinə ziyan vurmağı bacarıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
"Bu, dəqiq və güclü zərbə idi və bütün məqsədlərinə çatdı" deyə Baş nazir qeyd edib.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib.
Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail İrana hücumda ən son F-35 qırıcıları da daxil olmaqla 100-dən çox təyyarədən istifadə edib. İsrail ordusu əməliyyatın yalnız hərbi hədəfləri hədəf aldığını bildirib.
Günəş Mərd
tag: İsrail,Baş nazir,İran,Raket,Todaypress.az,