Netanyahu İran xalqına səsləndi
Dünya
13.12.2024 10:14
İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciətində deyib ki, yəhudi xalqı onlarla sülh istəyən hər kəslə barışığa hazırdır.
TodayPress xəbər verir ki, İsrail baş nazirinin videomüraciəti onun "Telegram" kanalında yerləşdirilib.
“İsrail sülh istəyir. Bizimlə həqiqətən sülh istəyən hər kəslə sülh istəyirik” deyə Netanyahu bildirib.
Siyasətçinin sözlərinə görə, bu gün Yaxın Şərqdə baş verən hadisələr - HƏMAS-ın məğlubiyyəti, "Hizbullah"ın dağıdılması, hərəkatın baş katibi Həsən Nəsrullahın öldürülməsi, bütün bunlar hamısı zəncirvari reaksiyadır.
Töhfə Səməd
tag: İran, Xalq ,Netanyahu ,Hadisə,todaypress.az,