Netanyahu ikinci cəbhə açmaq niyyətindədir?

Dünya

22.09.2024 13:19

Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Livanda ikinci cəbhə açmaq niyyətindədir.

TodayPress xəbər verir ki, onun sözlərini “RİA” sitat gətirib.

Baqdasarov vurğulayıb ki, Netanyahuya diqqəti əvvəlki uğursuzluqdan yayındıracaq parlaq qələbə lazımdır. Lakin o, xəbərdarlıq edib ki, “Hizbullah” HƏMAS-dan daha şiddətli müqavimət göstərə bilər.

“Qəzzada isə Netanyahu heç bir halda qalib gəlməyəcək. Özü də bunu başa düşür, ona görə də xoşbəxtliyi başqa yerdə axtarmağa çalışır” deyə şərqşünas qeyd edib.

Töhfə Səməd

tag: Yaxın Şərq,Mərkəzi Asiya,Araşdırmalar Mərkəzi,Semyon Baqdasarov,Benyamin Netanyahu, Qəzza, İsrail, todaypress.az,