Netanyahu "Hizbullah"a xəbərdarlıq etdi: “Cavabımız sərt olacaq”

Dünya

29.07.2024 17:37

1073

İsrail Baş naziri Benyamin Netanyahu Livanla sərhəddəki Colan Təpəliklərinə gedib.

TodayPress, "Jerusalem Post"a istinadən xəbər verir ki, Baş nazir Netanyahu beynəlxalq ictimaiyyətin İsrailin təmkinli olması çağırışları fonunda "Hizbullah"ın 12 uşağın ölümü ilə nəticələnən zərbəsinə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.

"Hizbullah" İranın dəstəyi ilə buraya İran raketi atdı və bu raket 12 pak ruhun həyatına son qoydu. Burada futbol oynayan 12 oğlan və qız təəssüf ki, sığınacağa gedə bilməyib. Bu uşaqlar bizim övladlarımızdır, onlar hamımızın övladlarıdır. İsrail bunu cavabsız qoymayacaq. Bizim cavabımız gələcək və sərt olacaq" deyə Netanyahu Məcdəl Şəms kəndinə səfəri zamanı deyib.

tag: İsrail, Netanyahu, Livan, Colan, İran, todaypress.az,