Netanyahu girovların ölümünə görə məsuliyyəti öz üzərinə götürməlidir

Dünya

01.09.2024 12:45

935

“İsrailin baş naziri Benyamin Netanyahunu xalqa müraciət etməyə və HƏMAS qruplaşmasının əsirliyində olan girovların ölümünə görə məsuliyyətini açıq şəkildə etiraf etməyə çağırırıq”.

TodayPress xəbər verir ki, müvafiq tələbi İsrailin “Girov Ailələr Forumu” ictimai təşkilatı irəli sürüb.

Hərəkat iştirakçılarının fikrincə, altı girovun HƏMAS tərəfindən öldürülməsi, hakimiyyətin günahı və məsuliyyətsizliyidir.

“Onların hamısı HƏMAS əsirliyində təxminən 11 ay davam edən zorakılıq, işgəncə və aclığa dözərək son bir neçə gündə öldürülüb. Müqavilənin imzalanmasının ləngiməsi onların və bir çox digər girovların ölümünə səbəb oldu” deyə təşkilat üzvləri bildiriblər.

Töhfə Səməd

tag: Netenyahu, Benyamin, İsrail,Qəzza, HƏMAS, Müharibə, todaypress.az,