Netanyahu etiraf etdi: "İran təyyarələrinin qarşısını biz almışıq"
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada baş verən hadisələrlə bağlı mühüm açıqlama verib.
TodayPress xəbər verir ki, bu barədə İsaril mediası məlumat yayıb.
"Bəşər Əsədin devrildiyi gün ona yardım məqsədilə göndərilən İran təyyarələrinin qarşısı İsrail hərbi hava qüvvələrinin müdaxiləsi ilə alınıb" deyə o bildirib.
Baş nazir, bu addımın İsrailin regiondakı təhlükəsizlik maraqlarını qorumaq istiqamətində atıldığını vurğulayıb.
Netanyahunun bu bəyanatı İsrailin Yaxın Şərqdə artan gərginlik fonunda bölgədəki rolunu bir daha gündəmə gətirib.
Töhfə Səməd
tag: İsrail,Baş nazir,Benyamin Netanyahu,Suriya,Bəşər Əsəd,todaypress.az,