Netanyahu: "Əsədi devirməkdə payımız var"
Dünya
08.12.2024 17:40
"Suriya prezidenti Bəşər Əsədin devrilməsi İsrail Müdafiə Qüvvələrinin (IDF) İrana və Livanın "Hizbullah" hərəkatına endirdiyi zərbələr nəticəsində mümkün olub".
TodayPress "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Dəməşqdə hakimiyyət dəyişikliyi İsrailin İrana və "Hizbullah"a hücumlarının nəticəsidir " deyə o qeyd edib.
Bundan əlavə, Netanyahu Tel-Əvivin bütün suriyalılara kömək əlini uzatdığını, lakin özünü müdafiə etməyə hazır olduğunu və İsrailə düşmən olan heç bir qüvvələrin sərhəddə möhkəmlənməsinə imkan verməyəcəyini vurğulayıb.
Günəş Mərd
tag: İsrail,Netanyahu,Suriya,Hizbullah,Todaypress.az,