Netanyahu Britaniyanın silah tədarükünü dayandırmaq qərarını şərh etdi

Dünya

03.09.2024 16:51

2239

“Britaniyanın İsrailə müəyyən silah tədarükünü dayandırmaq qərarı biabırçılıqdır”. 

TodayPress xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsrail hökumətinin başçısı bildirib ki, Fələstin qruplaşması HƏMAS-ın altı israilli girovu qətlə yetirməsindən bir neçə gün sonra Britaniya hökuməti İsrailə silah tədarükü üçün verilmiş 30 lisenziyanı dayandırıb.

“Bu biabırçı qərar İsrailin terror təşkilatı olan HƏMAS-ı məğlub etmək əzmini dəyişməyəcək” deyə o yazıb.

Netanyahu vurğulayıb ki, Britaniya silahları olsa da, olmasa da  İsrail HƏMAS-a qarşı müharibədə qalib gələcək.

Günəş Mərd

tag: İsrail, Baş Nazir,Benyamin Netanyahu, Fələstin ,HƏMAS ,todaypress.az,