Netanyahu Baş Qərargah rəisini əvəz edəcək
Dünya
30.11.2024 10:20
İsrailin baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Qüvvələrinin ( IDF ) Baş Qərargah rəisi Herzi Halevini əvəz etmək niyyətindədir.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Halevi istefası nəticəsində 2023-cü ilin oktyabrında HƏMAS silahlılarının İsrailə hücumu zamanı hərbi rəhbərliyin buraxdığı səhvlərə görə məsuliyyəti öz üzərinə götürməli olacaq.
Qeyd edək ki, müvafiq qərarı İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz dəstəkləyib.
Günəş Mərd
tag: İsrail, Netanyahu, HƏMAS, Müdafiə Nazirliyi, Katz, todaypress.az,