Netanyahu ABŞ Konqresində çıxış edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Times of İsrael” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Netanyahunun Konqresin əsas üzvləri tərəfindən dəvət olunduğu çıxış iyulun 24-nə planlaşdırılıb.
Məlumatı ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson da “X” hesabında təsdiqləyib.
Günəş Mərd
tag: ABŞ, Netanyahu, Konqres, İsrail, Baş Nazir, todaypress.az,