Netanyahu ABŞ-a yeni səfir təyin etdi
Dünya
09.11.2024 01:44
İsrailin Baş naziri Benyamin Netanyahu
respublikaçı Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərindən sonra
keçmiş təhsil nazirinin müavini Yehiel Layteri İsrailin ABŞ-dakı yeni səfiri
təyin edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Baş
nazirinin ofisi məlumat yayıb.
Netanyahu qeyd edib ki, yeni səfir istedadlı diplomat və natiqdir.
Vurğulanıb ki, Layter özü də ABŞ-dandır və Amerika administrasiyasına
və ölkəsinə yaxşı bələddir.
tag: ABŞ, Səfir, Tramp, İsrail, Amerika, Layter, todaypress.az,