Nəsrullahla birgə öldürülən "Hizbullah" liderlərinin adları açıqlandı
Dünya
29.09.2024 18:20
İsrail Ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox “Hizbullah” üzvünün öldürüldüyünü açıqlayıb.
TodayPress sözügedən şəxslərin adlarını təqdim edir.
Ali Karaki – Hizbullahın cənub cəbhəsinin komandiri;
İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;
Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;
Abd al-Amir Məhəmməd Siblini – Hizbullahın qüvvələrinin formalaşdırılmasına məsul şəxs;
Ali Navaf Ayub – Hizbullahın atəş gücünə məsul şəxs;
İbrahim Huseyn Cazini və Samir Taufik Diab isə Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.
tag: Hizbullah,İsrail ,Lider,Beyrut,Todaypress.az,