Nepalda təyyarə qəzaya uğradı: 18 nəfər öldü
Dünya
24.07.2024 11:44
Nepalın paytaxtı Katmanduda hava limanında təyyarə qəzaya uğrayıb.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Nəticədə 18 nəfər həlak olub. “Sourya Airlines” aviaşirkətinə məxsus təyyarənin kapitanı təcili olaraq xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, hava gəmisinin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 19 nəfər olub.
“Kathmandu Press”in məlumatına görə, təyyarə qəzası uçuş-enmə zolağından qalxarkən baş verib.
tag: Nepal, Qəza, Təyyarə,Katmanduda,Hava Gəmisi, todaypress.az,