Nepalda təbii fəlakət can aldı

Dünya

08.07.2024 10:35

Nepalda baş verən güclü musson yağışları həyatı iflic edib. 

TodayPress xəbər verir ki, bu barədə “Asian News International” məlumat yayıb.

İlkin məlumatlara əsasən 62 nəfər ölüb, 90 nəfər yaralanıb. Torpaq sürüşməsi nəticəsində bir sıra evlər, körpülər dağılıb, heyvanlar tələf olub.

Musson yağışlarından sonra yaranan daşqın və sürüşmə nəticəsində müxtəlif rayonlarda avtomobillərin hərəkəti dayanıb.

Hər il iyun-sentyabr aylarında baş verən musson yağışları Nepalda böyük fəsadlara səbəb olur.

Töhfə Səməd

tag: Nepal, Fəlakət, Musson Yağışları, Daşqın, Sürüşmə, todaypress.az,