Nepalda daşqınlar 112 nəfərin həyatına son qoydu
Dünya
29.09.2024 11:20
Nepalda son 24 saat ərzində 1970-ci ildən bəri ən yüksək yağıntı qeydə alınıb və bu, alçaq ərazilərdə daşqınlara səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Məlumata görə, paytaxt Katmanduya orta hesabla 240 mm, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.
Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı 112 nəfər ölüb, daha 70 nəfər itkin düşüb. Xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər. Xilasetmə qrupları 3,3 minə yaxın insanı təxliyə edib. Xilasetmə əməliyyatlarına helikopterlər, xilasedici sallar və motorlu qayıqlar cəlb olunub.
Günəş Mərd
tag: Nepal, Yağış ,Leysan , İtkin ,Todaypress.az,