Nepalda beş rusiyalı alpinist öldü
Nepalda beş rusiyalı alpinist ölüb.
TodayPress xəbər verir ki, alpinistlər Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoy oktyabrın 6-da Dhaulagiri dağını fəth etməyə cəhd edərkən itkin düşüblər.
İki gün sonra onlar ölü vəziyyətdə tapılıb.
Rusiyalı alpinistlərin meyitləri xilasedici helikopter vasitəsilə 7100 metr yüksəklikdə aşkar edilib.
Rusiyanın Nepaldakı səfirliyi rusiyalı alpinistlərin ölümü ilə bağlı məlumatın daxil olduğunu təsdiqləyib.
tag: Nepal ,Aleksandr Duşeyko ,Oleq Kruqlov ,Rusiya ,Helikopter ,todaypress.az,