Nepal 58 alpinistə icazə verdi
Nepal bu yaz dırmanış mövsümündə 58 alpinistə ölkənin beş zirvəsinə qalxmaq üçün icazə verib.
TodayPress xəbər verir ki, Nepal Turizm Departamentinin məlumatına görə, 42 nəfərə dünyanın onuncu ən yüksək zirvəsi olan Annapurna I (8,091 metr) dağının fəthi üçün, doqquz nəfərə isə Thorong zirvəsinə (6,144 metr) dırmanmaq üçün rəsmi icazə təqdim olunub.
İcazə alan alpinistlərin təxminən üçdə biri Çindən gələnlərdir. Siyahıda Çinlilərdən sonra dörd nəfərlə Almaniya vətəndaşları gəlir.
Departament direktoru Liladhar Avasthi bildirib ki, dünyanın ən hündür zirvəsi olan Comolunqmaya (Everest – 8,848.86 metr) dırmanışla bağlı da artıq ilkin sorğular daxil olmağa başlayıb.
İcazə müraciətlərinin iki həftə ərzində başlayacağı gözlənilir. Qeyd edək ki, Nepalda yaz dırmanış mövsümü adətən aprel ayında başlayır və mayın sonunadək davam edir.
Qiymət Mahir
tag: Nepal,Alpinist,İcazə,Everest,Todaypress.az,