Nensi Pelosi: “Allaha şükür edirəm ki, Tramp sağdır”

Dünya

14.07.2024 05:00

2060

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi keçmiş prezident Donald Trampın şənbə günü keçirilən mitinqində baş verən güllələnməni pisləyib.

TodayPress xəbər verir ki, o, açıqlamasında bildirib ki, cəmiyyətdə heç bir siyasi zorakılığa yol verilməməlidir.

“Ailəsi siyasi zorakılığın qurbanı olan biri kimi mən bilirəm ki, cəmiyyətimizdə hər hansı bir siyasi zorakılığa yer yoxdur. Allaha şükür edirəm ki, keçmiş prezident Tramp sağdır. Bu dəhşətli hadisənin təfərrüatlarını öyrəndikcə, dua edək ki, keçmiş prezidentin bugünkü mitinqində iştirak edənlərin hamısı sağ olsunlar” deyə Pelosi qeyd edib.

Nəzrin Cavadzadə

tag: todaypress.az,Tramp, Pensilvaniya, Sui-qəsd, ABŞ,

photo