Neftin qiyməti Trampın qərarından sonra artmağa başladı
Dünya
03.02.2025 11:34
ABŞ prezidenti Donald Trampın Meksika, Kanada və Çindən idxal edilən mallara qarşı yeni gömrük rüsumları tətbiq etməsindən sonra bazarlarda neftin qiyməti artmağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Financial Post” məlumat yayıb.
Nəşrə görə, bu gün Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçersləri 0,74 dollar (0,98%) bahalaşaraq 76,41 dollar/barelə çatıb.
Qeyd edək ki, yanvarın 31-də “Brent” 0,22 dollar (0,3%) ucuzlaşaraq 75,67 dollar/barel olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) isə “WTI” markalı neftin mart fyuçersləri 1,41 dollar (1,94%) bahalaşaraq 73,94 dollar/barel olub. Əvvəlki sessiyanın sonunda “WTI” 0,2 dollar (0,3%) ucuzlaşaraq 72,53 dollar/barelə düşmüşdü.
Ekspertlər hesab edirlər ki, Trampın yeni ticarət siyasəti qlobal bazarlarda qeyri-müəyyənlik yaratdığı üçün neft qiymətlərinin artmasına təsir edib.
Qiymət Mahir
tag: Neft,Qiymət,Artım,Dollar,ABŞ,Todaypress.az,