Neft tankeri batdı: 1 nəfər itkin düşdü
Dünya
25.07.2024 09:54
Manila körfəzində 1,4 milyon litr mazut daşıyan tanker batıb.
TodayPress xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Filippin Nəqliyyat Departamentinin rəhbəri Xayme Bautistanın sözlərinə görə, hadisə zamanı 17 ekipaj üzvündən 16-sı xilas ola bilib, 1 nəfər itkin düşüb. Sahil Mühafizəsi onun tapılması istiqamətində axtarış əməliyyatı aparır.
Tankerin “Karina” qasırğasının törətdiyi güclü yağışlar nəticəsində aşıb, batdığı iddia edilir. Mazutun dağıldığı yerdə şərq və şimal-şərq istiqamətində hərəkət edən 3,7 kilometr uzunluğunda sürüşmə əmələ gəlib.
Günəş Mərd
tag: Neft, Tanker, Manila, Filippin, Nəqliyyat, todaypress.az,