Neft məhsullarının idxalından ən çox asılı olan ölkə
Dünya
19.09.2024 11:25
2024-cü ilin birinci yarısının nəticələrinə əsasən, Malta Avropa İttifaqında (Aİ) neft məhsullarının idxalından ən çox asılı olan ölkə olub.
TodayPress xəbər verir ki, bu barədə Aİ statistika xidməti (Eurostat) məlumat yayıb.
Qeyd olunub ki, idxalın Malta daxilində yerləşmiş neft məhsullarının həcminə nisbəti 622 faiz təşkil edib. Hollandiya (304 faiz), Sloveniya (210 faiz) və Latviya (133 faiz) da bu məhsulların idxalından ən çox asılı olan Aİ ölkələri arasında yer alıb. Digər Baltikyanı ölkə Estoniya (125 faiz) isə bu göstəricidə ilk 4-lükdən bir qədər geri qalır.
Neft məhsullarının idxalından daha az asılılığı Bolqarıstan, İspaniya, Polşa, Portuqaliya, Rumıniya, Almaniya və Yunanıstanda görmək olar. Bu ölkələr emal olunmuş neft məhsullarına ümumi ehtiyaclarının üçdə birini xaricdən alırlar. Öz növbəsində, İtaliya və Litvada bu rəqəm təxminən 25 faizdir.
Töhfə Səməd
tag: Neft ,Məhsullar, Aİ, Hollandiya, Estoniya ,Yunanıstan, todaypress.az,