Nebenzya Zelensikini realist olmağa çağırdı
“Zaman keçdikdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir”.
TodayPress-in xəbərinə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi sülh planını ciddi tənqid edən Nebenzya, onu realist olmağa çağırıb. Daimi nümayəndə getdikcə vəziyyətin daha da gərginləşəcəyini ehtimal etdiyini də söyləyib.
V. Nebenzya bildirib ki, Rusiya-Ukrayna münaqişəsi 2022-ci ildə İstanbul görüşü zamanı başa çata bilərdi, amma Ukrayna bu imkandan istifadə etmədi.
tag: Nebenzya, Zelinski, Rusiya, BMT, Ukrayna, Prezident, todaypress.az,