Nə üçün bu qərar Bakının razılığı olmadan verilir? - Zaxarova
Dünya
16.01.2025 19:40
Moskvanın Ermənistandakı Avropa Birliyinin (AB) missiyasına münasibəti mənfidir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova vurğulayıb ki, AB missiyası Cənubi Qafqaz regionuna yad cisimdir:
“Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər AB missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”
tag: Rusiya ,XİN, Region, Bakı, todaypress.az,