Nazir müavini: "USAID Serbiya müxaliflərini maliyyələşdirib"

Dünya

22.03.2025 10:30

934

"2025-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Serbiyaya 40 milyon dollardan çox vəsait köçürüb".

TodayPress xəbər verir ki, ölkənin baş nazirinin müavini Aleksandr Vulin "RİA" agentliyinə müsahibəsində USAID-in respublikaya təsirindən danışıb.

Onun sözlərinə görə, USAID bir çox digər xarici fondlar kimi ölkədəki etiraz aksiyalarına sponsorluq edir. Eyni zamanda, Almaniya Xristian Demokratik İttifaqı ilə əlaqəli Konrad Adenauer Fondu və Almaniya Azad Demokratik Partiyasına (FDP) yaxın olan Fridrix Nauman Fondu da daxil olmaqla, demək olar ki, bütün Alman partiyalarının fondları Serbiyada da fəaliyyət göstərir.

Töhfə Səməd

tag: ABŞ ,USAID,Aleksandr Vulin,FDP,todaypress.az,