Nazir: “Fələstinin normallaşması üçün 15 il vaxt lazımdır”
“Bizə normal həyata qayıtmaq üçün müharibədən sonra azı 15 il lazım olacaq”.
TodayPress xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyinə açıqlamasında Fələstinin milli iqtisadiyyat naziri Məhəmməd əl-Amur bildirib.
Əl-Amur əlavə edib ki, xalq bütün çətinliklərə baxmayaraq, dözümlülük nümayiş etdirir və fələstinlilər məğlub olmayacaq.
Qiymət Mahir
tag: Fələstin,Fələstinin milli iqtisadiyyat naziri ,Məhəmməd əl-Amur,Savaş,todaypress.az,