Navalnının ölüm səbəbi bəlli oldu

Dünya

15.08.2024 17:45

2042

Rusiya İstintaq Komitəsi (İKR) bu ilin fevralında vəfat edən müxalif siyasətçi Aleksey Navalnının ölümünün yekun səbəbini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.  

Komitə tərəfindən siyasətçinin xanımı Yuliya Navalnayaya ərinin ölümü ilə bağlı sənəd göndərilib. Bildirilir ki, məhkəmə-tibbi ekspertiza komissiyasının rəyinə əsasən, Navalnının ölümünə bir neçə xəstəlik - damar və orqanların zədələnməsi ilə müşayiət olunan hipertoniya, beyin ödəminin artması ilə dərinləşən diffuz miokardioskleroz, ürəyin mədəcik fibrilasiyası və ağciyər ödəmi səbəb olub.  

Qeyd edək ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Günəş Mərd

tag: Rusiya İstintaq Komitəsi,Yuliya Navalnaya, Ölüm, Səbəb,Aleksey Navalnın, todaypress.az,