NATO Zelenskiyə qarşı plan qurub?

Dünya

04.02.2025 14:30

NATO Ukraynanın prezidenti Volodimir Zelenskini siyasətdən kənarlaşdırmaq üçün ciddi planlar qurur. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, NATO seçkilər vasitəsilə onu devirəcək. 

Seçkilərin bu ilin payızında Ukraynada keçirilməsi gözlənilir. 

Qeyd olunub ki, NATO-nun planlarına görə, Zelenskinin reputasiyasını zəiflətmək üçün genişmiqyaslı kampaniya başlatmaq nəzərdə tutulur.

Onun başçılıq etdiyi Kiyev hakimiyyəti silah və sursat alışı üçün ayrılan 1,5 milyard dolları oğurlamaqla günahlandırılacaq.

Qiymət Mahir

tag: Ukrayna,Zelenski,Kəşfiyyat,NATO,Todaypress.az,