NATO yeni hərbi dəhliz yaradır

Dünya

11.07.2024 13:33

Yunanıstan, Bolqarıstan və Rumıniya NATO-nun şərq cinahında hərbi dəhliz yaradır.

TodayPress “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias öz sosial şəbəkə hesabında məlumat yayıb.

Yaradılan dəhliz Saloniki və Aleksandrupolisi Bolqarıstanın Varna və Rumıniyanın Konstantsa şəhərləri ilə birləşdirəcək. Müqavilə həm də NATO-nun Rumıniyada ən böyük bazasının yaradılmasını asanlaşdırır və alyansın regionda artan hərbi mövcudluğunu nümayiş etdirir.

Bundan əlavə, Alyans Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.

tag: NATO, Hərbi Dəhliz,Rumıniya, Hind-Sakit Okean, Bolqarıstan, Yunanıstan, todaypress.az,