NATO Yaxın Şərqdə nümayəndəliyini açacaq

Dünya

17.09.2024 18:15

Bir neçə ay ərzində NATO Yaxın Şərq ölkələri ilə əlaqə saxlamaq üçün İordaniyanın paytaxtı Ammanda ofis açacaq. 

TodayPress xəbər verir ki, bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində bildirib.

"Bu, bizə siyasi məlumat toplamaqda, yerlərdə insanlarla ünsiyyətdə olmaqda və hadisələrin necə inkişaf etdiyini daha yaxşı başa düşməkdə kömək edəcək" deyə o qeyd edib.

Günəş Mərd

tag: Yaxın Şərq ,NATO ,Ammanda ,İordaniya ,Məlumat, Siyasi, todaypress.az,