NATO və Avropa liderləri Ukraynaya qoşun göndərilməsini müzakirə edəcəklər

Dünya

14.12.2024 17:50

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 18-də Brüsseldə bir sıra avropalı nümayəndələrlə görüşəcək.   

TodayPress xəbər verir ki, bu barədə “Politico”  məlumat yayıb. 

Məlumata görə, görüş zamanı o, müharibəyə son qoymaq üçün mümkün formatları və Ukraynada Avropa sülhməramlı missiyasının potensialının yaradılmasını müzakirə edəcək. 

Görüşə dəvət olunanlar arasında NATO-nun rəhbəri Mark Rutte, Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, Polşa prezidenti Anjey Duda, Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də var.   

Günəş Mərd

tag: NATO,Ukrayna,Zelenski,Görüş,Todaypress.az,