NATO və Aİ-yə üzv olmaq Gürcüstan üçün prioritetdir
Dünya
26.11.2024 15:11
Gürcüstanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və Avropa İttifaqına üzvlüyü ölkə üçün əsas prioritet olaraq qalır.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri postuna namizəd Maka Boçorişvili parlamentdə yeni hökumətin təsdiqi ilə bağlı çıxışı zamanı deyib.
O, qeyd edib ki, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə əsasən, ölkə Avroatlantik strukturlara inteqrasiyanın yolunu davam etdirir. Bu baxımdan, Boçorişvili vurğulayıb ki, NATO və Aİ ilə münasibətlər mühüm prioritet olaraq qalacaq.
Günəş Mərd
tag: NATO, Gürcüstan, XİN, Aİ,todaypress.az,