NATO Ukraynaya xüsusi nümayəndə təyin edəcək
Dünya
10.07.2024 00:29
Şimali Atlantika Alyansı Kiyev
və NATO arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri ilə məşğul olmaq üçün
Ukraynaya xüsusi nümayəndə təyin edəcək.
TodayPress “Reuters“ə istinadən
xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi
Ceyk Sallivan NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində məlumat
verib.
Onun sözlərinə görə, alyansın xüsusi nümayəndəsi NATO-nun Kiyev rəsmiləri ilə qarşılıqlı əlaqəsini də koordinasiya edəcək.
tag: NATO, Ukrayna, Kiyev, nümayəndə, todaypress.az,